Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olavaq. Əsasən yağmursuz olacaq, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron yarmadasında havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
Senytabrın 14-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olavaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olavaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacağı gözlənilir.