Azərbaycanda payız nə vaxt başlayır? - DƏQİQ SAAT
12 sentyabr 2016 16:10 (UTC +04:00)

Azərbaycanda payız nə vaxt başlayır? - DƏQİQ SAAT

0

 

Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, payız ölkəyə sentyabrın 22-də saat 18:21-də daxil olacaq.

 

"Bu il qış isə Azərbaycana dekabrın 21-i, saat 14:44-də daxil olacaq" -, X.Mikayılov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar