Azərbaycanda havanın temperaturu düşəcək - <span style="color:red;">PROQNOZ
13 avqust 2016 12:56 (UTC +04:00)

Azərbaycanda havanın temperaturu düşəcək - PROQNOZ

0

 

Avqustun 14-ə olan hava proqnozu açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki,  sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz cənub-şərq küləyi lə əvəz olunacaq. Havanın temperaturu gecə  24-27 dərəcə, gündüz  34-39 dərəcə olacaq.

 

Bakıda gecə 25-27, gündüz  36-38° isti olacağı gözlənilir.

 

Avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin  arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.  

 

Havanın temperaturu gecə 21-26, gündüz  35-40, bəzi yerlərdə 42 dərəcə olacaq.

 

Avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə enəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar