Azərbaycanda hava soyuyacaq - QAR YAĞACAQ
26 fevral 2017 12:36 (UTC +04:00)

Azərbaycanda hava soyuyacaq - QAR YAĞACAQ

0

Fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti,  gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  772  mm civə sütunundan 767 mm civə sütununa enəcək. 

Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 %  təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacağı, gecə və səhər ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar