Azərbaycanda hava əsasən yağmursuz olacaq <span style="color:red;">- PROQNOZ
16 dekabr 2014 13:10 (UTC +04:00)

Azərbaycanda hava əsasən yağmursuz olacaq - PROQNOZ

0

Dekabrın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində çiskinli az yağış yağacağı, günün ikinci yarısı dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lənkəran-Astara bölgəsində az yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Meteoloji proqnoza gəlincə, dekabrın 16-da Abşeron yarımadasında antsiklon havagözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Dekabrın 17-si 18-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin əsməsi meteohəssas insanlarda diskonfort hissi yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar