Azərbaycanda ən çox bu xəstəliklərdən ölürlər - <span style="color:red;">SİYAHI
17 fevral 2015 12:55 (UTC +04:00)

Azərbaycanda ən çox bu xəstəliklərdən ölürlər - SİYAHI

0

Azərbaycanda ölümün əsas səbəbləri açıqlanıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ötən il qan dövranı sisteminin xəstəliklərindən ölənlər ölənlərin ümumi sayına nisbətdə 60,1 faiz təşkil edib. Bundan başqa, yenitörəmələrdən 12,6 faiz, həzm sisteminin xəstəliklərindən 5,2 faiz, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 4,9 faiz, tənəffüs orqanlarının xəstəliklərindən 3,6 faiz, infeksion və parazitar xəstəliklərdən 0,9 faiz, digər səbəblərdən isə 12,7 faiz ölüm halı qeydə alınıb. 

Komitədən verilən məlumatda o da qeyd olunur ki, hazırda ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,2 uşaq düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar