Azərbaycan kino sənayesində<span style="color:red;"> YENİLİK  : <span style="color:red;">çəkiliş meydanında...
19 yanvar 2016 15:40 (UTC +04:00)

Azərbaycan kino sənayesində YENİLİK : çəkiliş meydanında...

0

“Bu sənət başqa sənətlərə bənzəmir. İlk növbədə, səsi hiss eləmək lazımdır. İşə sevgi olmalıdır”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, səs operatoru və rejissoru Orxan Ağalarov deyib.

 

Kino çəkilişi zamanı səsin meydançada yazılması probleminə toxunan Orxan Ağalarov bildirib ki, sovet dövründə aktyorlar dublyaja hazırlıqlı gəlirdilər: “Daha peşəkar idilər və öz üzərində çalışırdılar. O zaman indiki kimi müasir texnika yox idi. Biz bu işə başlayanda mane olmaq istəyənlər çox idi. Nədənsə, sovet dövründən qalma düşüncələri var idi ki, çəkiliş meydanında səs yazmaq olmaz. Onlar düşünürlər ki, artıq səslər prosesə mane ola bilər. Amma biz buna nail olduq”.

 

Qonaq bildirib ki, müasir dövrdə çəkiliş meydanında səs yazılması üçün bütün heyət hazır olmalı və ən xırda detallar belə nəzərə alınmalıdır: “Bizdə insanları susdurmaq olmur. Kimsə danışır, telefonun səsi gəlir, yaxınlaşıb nə çəkdiyimizi soruşurlar və s. Prodüserlər, rejissorlar səs məsələsinə ciddi yanaşsalar, nəticə keyfiyyətli olar. Çəkiliş meydanında səs rejissorunun işinə biganə yanaşanda isə, sonradan müəyyən çatışmazlıqlar yaranır. Buna görə də yaradıcı və texniki heyətin istisnasız olaraq, bütün üzvləri yerində səsə hazır olmalıdırlar. Aktyorların geyimi, ayaqqabısı, hətta istifadə olunan avadanlıqlar belə səsə təsir göstərir”.

 

Verilişin digər qonağı, promete Pərviz Ramizoğlu bildirib ki, Azərbaycanda səs üzrə mütəxəssis yetişdirən ali məktəb yoxdur: “Azərbaycanda heç bir universitetdə səs fakültəsi yoxdur. Bu sahəyə gəlmək istəyənlər həvəskar kimi gəlirlər. Orxan çəkiliş meydanında səsi keyfiyyətli yazması ilə fərqlənir. Öncə Orxan assistenti Rüstəm ilə birgə səsi elə çəkiliş meydanındaca keyfiyyətli şəkildə yazırlar. Sonrakı mərhələdə mən və İslam Şirvani səs üzərində işləyirik”.

 

Onun sözlərinə görə, keyfiyyətli nəticə üçün aktyorlar da çəkilişə hazır vəziyyətdə gəlməlidirlər: “Əsas məsələ aktyorun çəkiliş meydanında olduğu kimi, hisslərini ötürə bilməsidir. Bəzən səs üzərində işləyərkən çətinliklə qarşılaşırıq”.

 

Səs rejissoru və bəstəkar, aranjemançı İslam Şirvani isə bildirib ki, çox zaman yaradıcı heyətin digər üzvləri səs işinə müdaxilə edirlər: “Bəzən rejissor, yaxud aktyorlar filmin hazır variantına baxanda müəyyən müdaxilələr edirlər – “səsi aç, qalınlaşır, effekt ver, hər hansı səsi çıxar” deyirlər. Bu isə bizim ideyalarımızı alt-üst edir. Yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar