“Bu ilin oktyabr ayı ərzində dərman zəhərlənməsi (dərmanların əlavə təsirləri ilə əlaqədar) ilə bağlı 121 nəfər həkimə müraciət edib”. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. O qeyd dib ki, dərman zəhərlənməsi ilə bağlı müraciətlər arasında ölümlə nəticələnən hadisə baş verməyib.
“Azərbaycanda antibiotik, sakitləşdirici və yuxu gətirən dərmanlardan zəhərlənənlər daha çoxdur”-deyə, şöbə müdiri əlavə edib.
A.Maqsudov onu da bildirib ki, dərmanların əlavə təsirləri ilə bağlı müraciət edənlər daha çox 25-40 yaş arası olan insanlardır: “Uşaqlardan da zəhərlənələr olsa da, sayı azdır. Ay ərzində 11 uşaq dərmandan zəhərlənib”.