Azərbaycanda <span style="color:red;">38 dərəcə  isti olacaq - YENİLƏNİB
17 may 2014 16:04 (UTC +04:00)

Azərbaycanda 38 dərəcə isti olacaq - YENİLƏNİB

0

 

Mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi, axşam dəyişkən buludlu olacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gündüz cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq.

Rayonlarda sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 16-21, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1996

Oxşar yazılar