Azərbaycanda 24 dərəcə isti olacaq - <span style="color:red;">PROQNOZ
07 aprel 2015 13:07 (UTC +04:00)

Azərbaycanda 24 dərəcə isti olacaq - PROQNOZ

0

 

Azərbaycanda aprelin 8-də bəzi yerlərdə temperatur 24 dərəcəyə qədər qalxacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturuna gəlincə, gecə 5-8, gündüz 15-20 dərəcə isti olacaq.

Rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 16-21 dərəcə, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar