Ali məktəblərlə orta məktəblər birləşdiriləcəkmi? - AÇIQLAMA
09 may 2014 11:05 (UTC +04:00)

Ali məktəblərlə orta məktəblər birləşdiriləcəkmi? - AÇIQLAMA

0

Təhsil Nazirliyi ali məktəblərlə orta məktəblərin birləşdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib. Təhsil Nazirliyindən Lent..az-a verilən məlumata görə, orta məktəblərin ali məktəblərə təhkim olunması təhsilin müxtəlif səviyyələri arasında fasiləsizlik prinsipini təmin etməyə imkan verəcək.

 

Ali təhsil müəssisələrinin akademik gücündən orta məktəb, ilk peşə və orta ixtisas təhsili müəssisələri arasında varislik ruhunda yararlanmaq üçün təhsilin müxtəlif pillələri arasında üzvü əlaqə vacibdir.

 

İnkişaf etmiş təhsil sistemlərində vahid təhsil şəbəkəsi dedikdə, həm də təhsilin müxtəlif pillələrinin eyni strateji həlqədə birləşməsi nəzərdə tutulur. Sınaqdan keçmiş bu təcrübə təhsilalanların uğurlu karyera inkişafına və ixtisaslaşmasına zəmin yaradır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1162

Oxşar yazılar