Ağstafa rayon sakini Ağa Əliyev ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibəti ilə may ayının 4-dən etibarən Ağstafadan Bakıya yürüşə başlayıb.
Bu barədə Lent.az-a A. Əliyev özü məlumat verib.
O bildirib ki, yürüşü mayın 10-dək davam etdirəcək: “Bu yürüşü Ağstafa rayon sakinləri adından həyata keçirirəm. Hazırda Kürdəmir rayonundayam, Allahın köməkliyi ilə mayın 10-da Bakıda olacam və marafon yarışında iştirak edəcəm”.
A. Əliyev deyib ki, mayın 20-də Cümhuriyyətin 100 illiyi münasibəti ilə yenidən Ağstafadan Bakıya yürüş edəcək.
Qeyd edək ki, təsərrüfat işi ilə məşğul olan 30 yaşlı A. Əliyev ailəlidir və 6 yaşında bir qızı var.