Azərbaycan estradasının ulduzu Röyanın siması olduğu Head&Shoulders reklam kampaniyası çərçivəsində keçirilən «BaşımıQaşı.az» müsabiqəsi başa çatdı.
“BaşımıQaşı.az” müsabiqəsi Head&Shoulders brendinin yeni məhsulu – kəpəkdən qaynaqlanan baş qaşıntısını 100% aradan qaldıran*, evkalipt ekstraktı ehtiva edən “Rahatladıcı qayğı” şampununun reklam kampaniyası çərçivəsində keçirilmişdir. Bir ay davam edən bu kampaniyanın siması estradamızın super ulduzu, Türkiyəni əmin addımlarla fəth edən müğənni Röya olmuşdur.
Müsabiqənin keçirilməsi üçün Röya iştirakçıları kəpək və saçların qıcıqlanması probleminə dair videoçarxlar çəkməyə çağırmış və qaliblərə pul mükafatı veriləcəyini elan etmişdir. Röyanın bu elanı Bakıda böyük ajiotaj yaratmışdır.
«BaşımıQaşı.az» musabiqəsi bu aksiya üçün 159 videoçarx çəkən 115 nəfər iştirak etmişdir. Ümumilikdə aksiya zamanı www.basimiqasi.az saytını 150.000 internet istifadəçisi ziyarət etmişdir, videoçarxlara isə 500.000 dəfədən artıq baxılmışdır.
Hər həftə «BaşımıQaşı.az» musabiqəsi çərçivəsində Röya Park Bulvar ticarət-əyləncə mərkəzində keçirilən reklam aksiyalarında iştirak etmiş, hər həftənin qalibini seçmiş, qalibin başımı yuyaraq onlara ən yaxşı videoçarxları çəkdiklərinə görə 500 AZN mükafatlar təqdim etmişdir.
16 apreldə isə «BaşımıQaşı.az» müsabiqəsinə yekun vurulmuşdur: müsabiqənin final mərhələsi keçirilərək, əsas mükafat olan 5 000 AZN uğrunda 4 finalçı – Baba Əliyev, İlkin İmanov, Cavid Camalov və Sərvan Nəcəfli mübarizə aparmışdır.
Finalçılar Head&Shoulders brendinin evkalipt ekstraktlı “Rahatladıcı qayğı” şampununu istifadə etdikdən sonra saçda baş verən dəyişikliyi və digər insanlardan fərqlərini göstərən video çarx çəkməli idilər.
Röya çarxları izlədikdən sonra ən yaradıcı və inandırıcı video kimi İlkin İmanovun (http://www.youtube.com/watch?v=N8WtA1A9f5g) çəkdiyi çarxı qəbul etmiş və onu «BaşımıQaşı.az» aksiyasının qalibi elan edərək, 5 000 AZN məbləğində çek və Head&Shoulders-dən hədiyyələr təqdim etmişdir. Head&Shoulders brendinin yeni məhsulu olan evkalipt ekstraktlı “Rahatladıcı Qayğı” şampununun reklam kampaniyası çərçivəsində keçirilən «BaşımıQaşı.az» finalında iştirak edən bütün iştirakçılara və bütün finalistlərə də Head&Shoulders brendinin hədiyyələri təqdim edilmişdir.
Head&Shoulders-in «Rahatladıcı Qayğı» yeni şampunu qıcıqlanmanı sakitləşdirir, kəpəyi 100%-dək aradan qaldırır**, dərinin daxili və xarici təsirlərdən təbii müdafiəsini bərpa edir və qıcıqlanmanın yenidən olmasının qarşısını alır.
Qıcıqlanma kəpəyin ilk əlamətlərindən biridir. Head&Shoulders ekspertlərinin sözlərinə əsasən, onun yaranmasına stres, ətraf mühitin çirklənməsi və ya temperaturun dəyişməsi kimi daxili və xarici amillər səbəb ola bilər. Bu amillər baş dərisində balansın korlanmasına səbəb olur, nəticədə dəridə quruluq, qabıq vermə, qızarma və hətta qıcıqlanma əmələ gəlir. Məhz buna görə Head&Shoulders alimləri evkalipt ekstraktlı Rahatladıcı Qayğı şampununu hazırlamışlar. Bu şampunun tərkibində qıcıqlanmanı və kəpəyi 100%-dək aradan qaldıran** sakitləşdirici inqrediyentlər və Actizinc texnologiyası birləşdirilmişdir.
*kəpəklə əlaqəli
**müntəzəm istifadə etdikdə gözlə görünən kəpək