(R) “Media Consulting and Services” media monitorinqin təhlilini başa çatdırıb
11 fevral 2013 18:08 (UTC +04:00)

(R) “Media Consulting and Services” media monitorinqin təhlilini başa çatdırıb

0

Media Consulting and Services MMC Yanvar-2013 dövrü üzrə media monitorinqin təhlilini başa çatdırıb. Monitorinqin təhlilinə  məlumatların xarakter və məzmun üzrə təhlili  və şirkətlərin media reytinqləri daxildir. Qeyd edək ki, Media Monitorinq Qrupu hazırda mediada 10 adda müxtəlif sektorları izləyir, onların  təhlilini aparır. Monitorinq Qrupumuz məmnuniyyətlə qeyri neft sektorunun lokomotiv sahələri olan mobil rabitə, bank və sığorta sektoru üzrə nəticələri ictimaiyyətlə bölüşür.

 

BANK

 

Hesabat  dövründə Bank sektoruna dair 490 ədəd məlumat və material qeydə alınıb. Məlumatların sayına görə birinci beşlik aşağıdakı kimidir:

 

1.      Beynəlxalq Bank 104

2.      Unibank 89

3.      Bank of Baku 61

4.      Kapitalbank 60

5.      Paşa  Bank 41

 

SIĞORTA

 

Sığorta mövzusunda  hesabat ayında 202 məqalə və material qeydə alınıb. Dərc olunan məlumatlar şirkətlər üzrə aşağıdakı kimi bölünüb:

 

1.      Paşa sığorta  27

2.      Ata sığorta 21

3.      Atəşgah      18

4.      Azsığorta   15

5.      AXA Mbask 15

 

MOBİL RABİTƏ

 

Hesabat dövründə Mobil rabitə bazarına dair 543 məlumat qeydə alınıb: Dərc olunan məlumatlar aşağıdakı ardıcıllıqla bölünüb:

 

1.      Bakcell-  267,

2.      Azercell - 178,

3.      Nar mobile- 98

 

Media Consulting and Services MMC, 2004-cü ildən media monitorinq aparır. Qrupumuz 70-dən çox KİV-də, o cümlədən, qəzet, informasiya agentlikləri və on-line mediada Televiziya Kanallarını  və Radio dalğalarını izləyir. Media qrupumuz həmçinin televiziya kanallarında və radio dalğalarda reklamların monitorinqini həyata keçirir. PRA agentliyi şirkətimizin əsas tərəfdaşıdır.

 

Daha ətraflı məlumat almaq üçün [email protected] ünvanına və 012-5678461 nömrəsinə müraciət edə bilərsiniz.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 938

Oxşar yazılar