"Qurbanlıq heyvanları uşaqların gözü qarşısında kəsməyin" - QMİ
07 sentyabr 2016 12:10 (UTC +04:00)

"Qurbanlıq heyvanları uşaqların gözü qarşısında kəsməyin" - QMİ

0

Аzərbаycаndа bu il Qurban Bayramı 12 sentyabr tarixinə təsadüf edir və bayram namazı Azərbaycan məscidlərində həmin gün səhər saatlarında qılınacaq.

 

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzə Pir məscidində isə 09:00-da qılınacaq.

 

QMİ bayram günləri ilə bağlı müsəlmanlara xəbərdarlıq və tövsiyə də edib: “Bu müqəddəs bayramda qurbanlıqların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməlidir. Həmçinin, qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar