"Ölkədə epidemioloji vəziyyət sabitdir" - Baş epidemioloq
08 noyabr 2017 12:04 (UTC +04:00)

"Ölkədə epidemioloji vəziyyət sabitdir" - Baş epidemioloq

0

"Ölkədə epidemioloji vəziyyət sabit və stabildir". Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, hər il olduğu kimi bu il də yoluxucu xəstəliklərlə mübarizə məqsədilə səhiyyə naziri tərəfindən əmr imzalanıb. Bu əmr respublika ərazisində olan tibb müəssisələrinə göndərilib.

 

 

Baş epidemioloqun sözlərinə görə, respublika ərazisində nə qrip, nə də qripə bənzər kəskin respirator xəstəliklərin epidemiyası və kütləvi şəkildə yayılması yoxdur: “Hər hansı bir zonada yoluxucu xəstəlik baş verərsə, Səhiyyə Nazirliyinə məruzə olunur. Ayrı-ayrı bölgələrdə, iri şəhərlərimizdə heç bir yoluxucu xəstəliyin tüğyan etməsi, adda-budda yayılması yoxdur. Qrip dünyanın bütün ölkələrində, o cümlədən də Azərbaycanda var. Bundan sonra da olacaq. Bununla mübarizə aparmaq üçün ölkədə bütün tibb müəssisələri hazırdır. Bəzən sual verirlər ki, nə üçün müxtəlif vaxtlarda vaksinasiya aparmırsınız? Biləsiniz ki, respublikamızda nə qrip, nə də qripə bənzər xəstəliklər epidemioloji həddi aşmayıb. Ona görə də biz onunla kütləvi şəkildə mübarizə aparmırıq. Xəstəlik epidemioloji səviyyədə olmadığından vaksinasiya aparılması absurddur. Amma bizim xəstəxanalarımıza və digər tibb müəssisələrinə müraciət edənlər müayinə olunur”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 668

Oxşar yazılar