"İnfarkt, insult keçirənlərin uzaq yerə getməsi məsləhət deyil" - Baş terapevt
06 sentyabr 2017 12:26 (UTC +04:00)

"İnfarkt, insult keçirənlərin uzaq yerə getməsi məsləhət deyil" - Baş terapevt

0

"Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə dəyişir. Orqanizm də buna uyğun öz fəaliyyətini dəyişməyə başlayır. Belə halda ürək də fəaliyyətini 7-8 dəfə dəyişir".

 

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov deyib.

 

Onun sözlərinə görə, bəzən kimsə dayandığı yerdə başının ağrıdığından, burunda qıcıqlanmadan, asqırmadan şikayət edir. Bəzən atmosfer təzyiqinin dəyişməsi nəticəsində bağırsaqlarda qaz artır, nəticədə ağciyər sıxılır və təngnəfəslik yaranır: "Çox zaman əhali bunu bilmir. Amma nəzərə almaq lazımdır ki, bu kimi hallar atmosfer təzyiqinin insan səhhətinə təsiri nəticəsində baş verir. Azərbaycanda insanların hamısı iqlimin dəyişməsinə eyni dərəcədə həssas deyillər. İqlim dəyişikləri daha çox meteohəssas insanlarda özünü büruzə verir”.

 

 

Baş terapevt qeyd edib ki, havada hansısa dəyişiklik olarsa, meteohəssas insanlarda daha çox sinir sistemi ilə bağlı olan-baş ağrısı, ürək, qan-damar, qusma halları müşahidə edilir. Buna daha çox ürək-qan damar, sinir, oynaq sistemi xəstəlikləri olan insanlar məruz qalır: "Atmosfer təzyiqinin dəyişməsi insanların xüsusilə sinir sisteminə mənfi təsir edir. Sağlam insanlar bu hala qarşı dözümlü olsalar da, zəif və müxtəlif xəstəlikləri olan insanlarda diskomfort yaranır. Alimlərin apardığı tədqiqatlar nəticəsində yol-nəqliyyat hadisələrinin çoxunun həddən artıq isti və ya soyuq havada qeydə alınması məlum olub. Temperatur azalanda və ya çoxalanda bütün orqanların funksiyaları dəyişir, bu da gündəlik həyatda özünü büruzə verir. Bəzən infarkt, insult keçirən insanlar dincəlmək üçün öz yaşadıqları ərazidən uzaq yerə gedirlər. Amma bilmək lazımdır ki, infarkt, insult keçirən insanların həmin bölgədən uzaq yerə getməsi məsləhət deyil. Çünki o zaman təzyiq qəfildən yüksələ bilər və təhlükə yaranar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 599

Oxşar yazılar