Ziddiyyətli yol nişanları: yerdəki olar, göydəki olmaz deyir
04 iyun 2014 12:02 (UTC +04:00)

Ziddiyyətli yol nişanları: yerdəki olar, göydəki olmaz deyir

0

Bakıda bir-birini təkzib edən yol nişanları var. Lent.az-ın məlumatına görə, onlardan birini avtosfer.az Mətbuat prospektində aşkarlayıb. Prospektdən Azərbaycan Texniki Universitetinə (ATU) düşən yolda, Azərbaycan Nəşriyyatının qarşısında bir-birinə zidd olan yol nişanları mövcuddur. Belə ki, Mətbuat prospekti ilə üzü Bakı Dövlət Universitetinə istiqamətində hərəkətdə olarkən Nəşriyyatın qarşısındakı işıqforda yol nişanları bir-birini təkzib edir. Asfalt üzərində 1.18-1.19 nişanlanma xətti sağa – ATU-ya tərəf dönməyə icazə versə də, səkidə quraşdırılmış 3.18.1 yol nişanı sağa hərəkəti qadağan edir.

 

Fotolardan da göründüyü kimi, bu nişanlar bir-birinin əksinədir və bu biabırçı mənzərə açıq-aydın görünür. Maraqlıdır ki, bu ərazi üzrə xidmətə cəlb olunan yol polisi əməkdaşları bunu görmürlər və ya görmək istəmirlər. Əslində isə yol-patrul xidməti haqqında təlimatda dislokasiya üzrə təyin olunmuş yol polisi əməkdaşının ərazidəki nöqsanları aşkar edib rəhbərliyə məruzə etməsi və problemin tez bir zamanda aradan qaldırması məsələsi çox açıq şəkildə və sadə dildə yazılıb. Qeyd olunan ziddiyyətli nişanlar isə bir neçə aydır ki, həmin ərazidə sürücüləri çaşdırır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1586

Oxşar yazılar