Təmir işləri ilə əlaqədar Bakı Dairəvi yolunda hərəkət məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, yolda hərəkət mayın 26-sı saat 00:00-dan qismən məhdudlaşdırılacaq.
Sürücülərə həmin istiqamətlərə gedərkən diqqətli olmaq və alternativ yolları seçmək tövsiyə edilir.