Sürücülərin nəzərinə: “Neftçilər” prospekti bağlanacaq
05 iyun 2014 16:33 (UTC +04:00)

Sürücülərin nəzərinə: “Neftçilər” prospekti bağlanacaq

0

“Neftçilər” prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Lent.az-ın məlumatına görə, yol cizgilərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə iyunun 5-də saat 22.00-dən etibarən Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.
 

“Azəryolservis”-dən bildirilib ki, sürücülər alternativ yol kimi Nizami Gəncəvi küçəsindən istifadə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1326

Oxşar yazılar