Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti vətəndaşlara xəbərdarlıq edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, mayın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq. Lakin mayın 7-8-də arabir güclənən xəzri küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Nazirlikdən verilən digər məlumatda o da qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında sabah cənub küləyinin sürəti 8-13 m/s, gündüz arabir 16 m/s-dək güclənəcək, axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s təşkil edəcək. Bölgələrdə də güclü külək əsəcəyi proqnozlaşdırılır.