NAZİRLİK: 2 milyon 300 min uşaq dispanserizasiyayaya cəlb edilib
27 yanvar 2016 11:26 (UTC +04:00)

NAZİRLİK: 2 milyon 300 min uşaq dispanserizasiyayaya cəlb edilib

0

2015-ci ildə 2 milyon 650 min uşaqdan 2 milyon 300 mini icbari dispanserizasiyayaya cəlb edilib”.

 

Lent.az-ın məlumatına görə,  bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

 

N.Quliyev bildirib ki, həmin uşaqların 6 faizində sağlamlıqla bağlı problemlər aşkar edilib: ”137 mindən bir az artıq uşaqda belə hal müşahidə olunub. Onlar dispanser qeydiyyatına götürülüb. Bu uşaqların 1300 nəfəri uşaq stansionarlarına, 700 nəfərə yaxını isə uşaqların sağlamlığı üçün sanatoriya-kurort mərkəzlərinə göndərilib”.

 

N.Quliyev əlavə edib ki, keçən il ərzində təxminən 5 min nəfərə yaxın dispanser qeydiyyatına götürülmüş uşaq sağalma ilə bağlı dispanser qeydiyyatından çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar