Messidən humanist addım: bu şəxslərə pulsuz xidmət göstəriləcək
09 iyul 2019 18:05 (UTC +04:00)

Messidən humanist addım: bu şəxslərə pulsuz xidmət göstəriləcək

0
 
 
Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi ilə ailəsinə məxsus olan restoran yeni aksiyaya başlayıb. 
 
APA-nın məlumatına görə, Argentinanın Rosario şəhərindəki restoran evsiz insanlara pulsuz xidmət etməyə qərar verib. 
 
Aksiya çərçivəsində hər kəsə bir boşqab isti yemək təklif edilir. Restoranın meneceri Ariel Almada bildirib ki, pulsuz xidmət 15 gün olacaq: “Bəzilərinə qəhvə, bəzilərinə alkoqolsuz içki, hətta çaxır da veririk. Bizə çox sayda insan müraciət edir və onlar özlərini çox yaxşı aparırlar. Bu aksiya hər gün saat 19:00-dan 21:00-a kimi davam edəcək”.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 838

Oxşar yazılar