Əli Əhmədov: “Xəstələrin həyatlarına təhlükə yoxdur"
07 dekabr 2015 17:54 (UTC +04:00)

Əli Əhmədov: “Xəstələrin həyatlarına təhlükə yoxdur"

0

“Xəstələrlə görüşdüm, söhbət etdim. Əksəriyyətinin sağlamlıq durumunda hər hansı problem yoxdur. Həyatlarına təhlükə yoxdur, həkimlər tərəfindən müalicələri aparılır". 


APA-nın məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçiləri ziyarət edən baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, hazırda xəstəxanada müalicə olunan 13 nəfərin səhhətində ciddi problem müşahidə olunmur: “Çox qısa zamanda onların əksəriyyəti evlərinə buraxılacaqlar".

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti baş verən hadisəyə dərindən təəssüflənir: "Biz belə bir hadisədən təəssüflənirik, həlak olan və itkin düşən insanlar var. Onların tapılması istiqamətində zəruri addımlar atılır. Eyni zamanda hesab edirəm ki, cənab prezidentin matəm elən etməsi düzgün qərardır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar