<span style="color:red;">BNA : "Bu daşıyıcıların fəaliyyəti məhdudlaşdırılacaq"
20 dekabr 2017 14:43 (UTC +04:00)

BNA: "Bu daşıyıcıların fəaliyyəti məhdudlaşdırılacaq"

0

 

Bakı Nəqliyyat Agentliyinin istehsalat bazasının yaradılması ilə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən daha bir belə müəssisə istifadəyə verilib. “Ayşən LTD” şirkətinə məxsus istehsalat bazası əsasən ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə 119 ədəd avtobusa xidmət edir. Bazada avtobuslara zəruri texniki quluq göstərilməsi üçün xüsusi texniki zonalar yaradılıb. Burada sürücülərin reysqabağı tibbi müayinəsi məqsədi ilə tibb məntəqəsi də fəaliyyət göstərir. Bazada avtobusların reysdən sonra xüsusi mühafizə olunan ərazidə saxlanılması üçün də şərait yaradılıb.
 
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyənləşib. Çatışmazlıqların aradan qaldırılması məqsədi ilə Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində daşıyıcı şirkətlər tərəfindən 7 istehsalat bazası (qarajlar) təşkil edilərək istismara verilib. Müasir tələblər səviyyəsində yaradılan bazalar maddi-texniki avadanlıqlarla təchiz edilib. Qeyd edilən istehsalat bazaları üzrə ümumilikdə 37 marşrut xətti 515 ədəd ümumi istifadədə olan nəqliyyat vasitəsinə xidmət edir.
 
Bir daha bəyan edirik ki, daşıyıcı şirkətlər istehsalat bazalarını qoyulan tələblərə uyğun qurması ilə bağlı Bakı Nəqliyyat Agentliyinin tələbini birmənalı şəkildə yerinə yetirməlidir. Bu sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, eləcə də hazırda sərnişindaşımada mövcud olan bir çox problemlərin həlli baxımından vacib amildir. Bu tələbə əməl etməyən daşıyıcıların paytaxtın marşrut şəbəkəsində fəaliyyəti məhdudlaşdırılacaq. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar