Bizimkilər Rioda: 29 idmançı dayandı
15 avqust 2016 10:53 (UTC +04:00)

Bizimkilər Rioda: 29 idmançı dayandı

0

Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, 17 gün davam edəcək 4 illiyin ən möhtəşəm yarışında Azərbaycan 56 idmançı ilə təmsil olunur.

 

Artıq millimizin 31 idmançısı mübarizəyə qoşulub. Onlardan 29-u Olimpiadada çıxışını başa vurub. Komandamızın heyətində hələlik Rüstəm Orucovla Elmar Qasımov gümüş medal qazanıb.

 

Digər 2 idmançı isə yarışı davam etdirir.

 

 

Boks

Rüfət Hüseynov (49 kq) – ilk döyüşdə uduzub

Albert Səlimov (60 kq) – 1/4 finalda məğlub olub

Kamran Şahsuvarlı (75 kq) – 1/4 finala yüksəlib

Teymur Məmmədov (81 kq) – 1/4 finalda məğlub olub

Abdulqadir Abdulayev (91 kq) – 1/4 finalda məğlub olub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda məğlub olub

Cavid Çələbiyev (56 kq) - ilk döyüşdə uduzub

Pərviz Bağırov (69 kq) - ilk döyüşdə uduzub

Lorenzo Sotomayor (64 kq) - 1/4 finala yüksəlib

 

İdman gimnastikası

Oleq Stepko – fərdi çoxnövçülük üzrə final mərhələsində 22-ci yer

Petro Paxnyuk – 34-cü yer

 

Cüdo

Orxan Səfərov (60 kq) – 5-ci yer

Nicat Şıxəlizadə (66 kq) – 1/8 finalda uduzub

Rüstəm Orucov (73 kq) – gümüş medal qazanıb

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yeri tutub

Elmar Qasımov (100 kq) - gümüş medal qazanıb

Uşanqi Kokauri (+100 kq) - 1/8 finalda məğlub olub

 

Güləş

Rövşən Bayramov (59 kq) - 5-ci yer

Elvin Mürsəliyev (75 kq) - 7-ci yer

 

Kaneo və kayak

Yure Meqliç (kanoe-slalom) – yarımfinalda 15 nəfər arasında 14-cü yer

 

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 2000 m) – 12-ci yeri tutub

 

Kamandan oxatma

Olqa Senyuk – 1/32 finalda uduzub

 

Güllə atıcılığı

Ruslan Lunyov

10 m – 15-ci yer

25 m - 15- ci yer

 

Qılıncoynatma

Səbinə Mikina (sablya) – ilk görüşdə (1/16 final) uduzub

 

Velosiped idmanı

Yelena Pavluxina (şosse) – 35-ci yer

Maksim Averin (şosse) – finişə çata bilməyib

Olqa İsmayılov

Keyrin - 21-24-cü yerləri bölüşüb

Sprinter - 13-cü yer

 

Atletika

Anna Skidan (çəkicatma) - 13-cü yer

 

Üzgüçülük

Fatimə Alkərimova (100 m məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 m arxası üstə üzmə) - 26 iştirakçı arasında 26-cı yer

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar