Cinsiyyəti dəyişdirilən 12 yaşlı uşaq internatda yaşayır  - YENİLƏNİB
22 sentyabr 2016 18:33 (UTC +04:00)

Cinsiyyəti dəyişdirilən 12 yaşlı uşaq internatda yaşayır - YENİLƏNİB

0

 

Bu gün Bakıdakı özəl klinikaların birində 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı həyata keçirilən cərrahiyə əməliyyatı uğurla başa çatıb.

 

Bunu APA TV-yə açıqlamasında plastik-rekonstruktiv cərrahiyyə uzmanı, uzman doktor Dilqəm Məmmədov deyib.

 

O qeyd edib ki, daxili orqanları qadın, bəzi xarici orqanları isə kişi cinsiyyətinə mənsub olan uşaq hazırda reanimasiyadadır və bərpa prosesini keçməyə başlayıb: "Bu, bir anadangəlmə anomaliyadır. Azərbaycan qanunvericiliyinə uyğun olaraq alınan razılıq və tibbi rəylər əsasında əməliyyat baş tutdu. Tibdə bu cür anomaliyalar üç formada olur. Bu, hermofroditizm dediyimiz hadisədir. Bu, həm qadın, həm də kişinin genetal anomaliyalarının birlikdə olmasıdır. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Yəni "xy" yox, "xx" daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirdik. Bunu Türkiyədə genetik laboratoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdır".

 

Uzman-doktor əməliyyat olunan uşağın psixoloji durumuna da diqqət çəkib: "Uşaq daha çox özündə qadına məxsus xüsusiyyətləri birləşdirdiyi üçün cins seçimində heç bir psixoloji gərginlik yaşanmadı. Yaşının az olmasına baxmayaraq, əməliyyat bütün detalları ilə izah edildikdən sonra müdaxilə edildi".

 

"Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi” deyən Dilqəm Məmmədovun sözlərinə görə, bu tip əməliyyatlar 3-5 yaş arası aparılmalıdır. Dilqəm Məmmədov pasiyentin gələcək durumu ilə bağlı heç bir təhlükənin olmadığını da qeyd edib: "Hazırda pasiyentin tibbi təhlilləri onu deməyə əsas verir ki, onun yumurtalıqları yaşına uyğun inkişaf edib, sağalması burun və yaxud da digər estetik əməliyyatların sağalma müddətindən uzun olmayacaq. Sağalma mərhələsi bitdikdən sonra normal həyat tərzinə başlayacaq. Gələcəkdə isə  sağlam ana ola biləcək".

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı cərrahiyə əməliyyatının keçirilməsinə münasibət açıqlayıb. Nazirlikdən bildirilib ki, qanunda belə əməliyyatların qadağan olunması ilə bağlı bənd yoxdur. "Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl xəstəxananın, klinikanın stasionar və ya ambulator fəaliyyət növünə və profilinə görə müəyyən əməliyyatların icrasına rəy verilir", - deyə məlumatda bildirilir.

 

APA TV-nin əldə etdiyi məlumata görə, əməliyyat olunan uşaq valideyn himayəsindən məhrumdur və Azərbaycandakı uşaq evlərindən birində tərbiyə alır.

**

14:16

Bu gün Bakıdakı özəl klinikalardan birində 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı həyata keçirilən cərrahiyə əməliyyatı uğurla başa çatıb. Lent.az-ın məlumatına görə, daxili orqanları qadın, bəzi xarici orqanları isə kişi cinsiyyətinə mənsub olan yeniyetmə hazırda reanimasiyadadır və bərpa prosesini keçməyə başlayıb.

 

Tanınmış həkimlər tərəfindən həyata keçirilmiş əməliyyat bir neçə saat davam edib.

 

 

*****

 

11:39

 

Bu gün Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdiriləcək. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, əməliyyat Bakıdakı özəl klinikaların birində gerçəkləşdiriləcək. Əməliyyatdan sonra uşağın cinsiyyəti qadın olacaq. 


Əməliyyatı gerçəkləşdirəcək plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini söyləyib: “Bu insan kefindən əməliyyat etdirən deyil. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində buna hermofroditizm deyilir. Xəstənin normal genotipi, xromosomları, xarici görünüşü qadındır. Yəni "xy" yox, "xx" daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirəcəyik. Bunu Türkiyədə genetik labarotoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Səhiyyə Nazirliyindən və Məhkəmə Tibbi-Ekspertizasından əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı. Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar