Məzuniyyət mövsümü ərəfəsində “Bank Respublika” MasterCard Standard kredit kartlarını aylıq əmək haqqının 2 misli məbləğində kredit xətti ilə təklif edir. Bu, 45 günədək güzəşt müddətli kart vasitəsilə alış-veriş etmək üçün geniş maliyyə sərbəstliyi deməkdir. Güzəşt müddəti ərzində istifadə olunmuş kredit məbləğini ödəməklə, istifadə haqqı qismində heç bir əlavə kredit faizi tutulmur.
Bu vaxtadək plastik kartınızı olmayıbsa belə, onu qısa müddət ərzində banka gəlmədən
sifariş edib almaq mümkündür. Bu kart 200-dən artıq ölkədə qəbul edilir! Onun vasitəsilə restoranlarda, dükanlarda, otellərdə və bilet kassalarında tam arxayınlıqla
ödəniş etmək mümkündür.
Kartı sifariş etmək üçün şəxsiyyət vəsiqəsi və qəlirləri təsdiq edən sənəd tələb olunur. Müsbət tarixçəli müştərilərə isə kredit xətti maaşın 3 misli məbləğində verilir. Kartı bankın rəsmi səhifəsində qısa formanı doldurmaqla sifariş etmək mümkündür.
Ölkə daxilində alış-veriş zamanı “Bank Respublika”nın plastik kartları ilə aparılan ödənişlər, kart sahiblərinə həm də bonuslar qazandırır - bu imkanı PayKart bonus sistemi yaradır, bu bonuslarla partnyor şəbəkəsində sərfəli alış-veriş etmək mümkündür.
Bank Respublika plastik kartlarının əlavə üstünlükləri kimi: geniş Cash-in funksiyalı
bankomatlar şəbəkəsi, MobilBank və yeni istifadəyə verilmiş “İnternet Şöbə” xidmətlərini
qeyd etmək olar.
Yay aylarında səyahətə hazırlaşanlar üçün “Bank Respublika” xoş istirahətlər arzu edir!
“Bank Respublika”, Sizə faydalı!