1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibə ilə McDonalds Azərbaycan şirkəti xeyriyyə tədbiri keçirmişdir.
1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibə ilə McDonalds Azərbaycan şirkəti Bakı şəh Xətai rayonu Telnov küç 12 B unvanında yerləşən №3 Uşaq Evində xeyriyyə tədbiri keçirmişdir.
McDonalds restoranların müştərilər tərəfindən yığılmış ianələrdən 16 080 AZN dəyərində Hyundai H1 markalı alınaraq uşaq evinə hədiyyə edilmişdir.
“Bütün uşaq evinin kollektivi adından bu xeyriyyə tədbirini təşkil edən və uşaqlara öz köməkliklərini göstərən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm” – uşaq evinin direktoru Məhbubə Hüseynova qeyd etmişdir.
Makdonalds şirkətinin fəlsəfəsi çərçivəsində dünya üzrə öncül məqsədlərindən birini uşaqlara dəstək amilini vurğulamaq olar. “Kiçik uşaqlarda böyük problemlər olmamalıdır!”, -“Ronald Makdonalds Evi” Xeyriyəçilik fondunun şuarıdır.
Artlq neçə ildir ki, daima uşaqların yanınada olanda McDonalds Azərbaycan şirkəti öz növbəsində bu xeyriyyə tədbirinə köməklik göstərən bütün müştərilərinə öz dərin minnətdarlığını bildirir.
Həmçinin cari ilin aprel ayında ehtiyacı olan uşaqların dəstək amillinə həsr olumuş video çarxda həmin uşaq evinin kollektivi iştirak etmişdir. Bu video çarxı aşağıda tapa bilərsiniz: