<span style="color:red;">(R)  Bakcell “İlin mobil operatoru ” oldu
28 mart 2014 15:59 (UTC +04:00)

(R) Bakcell “İlin mobil operatoru ” oldu

0

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun təsis etdiyi  “Caspian Energy Integration Award - 2014” mükafatı alıb.

“İlin Mobil Operatoru” nominasiyasında qalib olan Bakcell şirkəti artıq üçüncü dəfədir ki, bu mukafata layiq görülür.

Qeyd edək ki, Beynəlxalq “Caspian Energy Integration Award” mükafatı dünyanın 50 ölkəsində internet vasitəsilə keçirilmiş sorğunun nəticələrinə əsasən son bir ildə Xəzər dənizi-Qara dəniz və Baltik regionlarında qazanılmış nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət şirkətlərinin və özəl şirkətlərin rəhbərlərinə təqdim edilir.

Təqdimetmə mərasimində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və başqaları iştirak edib.

 

***

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 826

Oxşar yazılar