22 yanvar 2016-cı il tarixində "Rabitabank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Səhmdarların ümumi yığıncağının yekdil qərarı ilə Aydın Hüseynov "Rabitabank" ASC-nin Risk, Təhlil və Nəzarət Bloku üzrə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Aydın Hüseynov 1996-2000-ci illərdə Türkiyə Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunub. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilib.
Qeyd edək ki, Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlayıb. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində Mütəxəssis kimi fəaliyyətini davam etdirib. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə direktor vəzifəsində çalışıb.
2014-cü ilin mart ayından etibarən "Rabitəbank" ASC-də Risklərin İdarə Edilməsi Bloku üzrə Baş Direktor vəzifəsində işləyirdi, yanvarın 22-dən isə İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra etməyə başlayıb.