(R) "Lexus"dan çox gözlənilən açıqlama
19 noyabr 2015 15:32 (UTC +04:00)

(R) "Lexus"dan çox gözlənilən açıqlama

0

   

Artıq neçənci dəfədir ki, Yaponiyanın məşhur Lexus avtomobil brendinin şəhərin bəzi yerlərində rast gəlinən “Öz yerini tut” mesajlı reklamları ilə bağlı suallarla üzləşirəm. Belə ki, mesajdan əlavə heç bir məlumat verilmədiyinə görə brendin hansı yenilikləri nəzərdə tutması reklamla maraqlananlar üçün qaranlıq qalır. Xüsusilə Lexus-un innovasiyalarını izləyənlər brendin yeni model, yoxsa sərfəli təkliflər hazırladığını anlaya bilmir və səbirsizliklə cavab gözləyirlər.

 

Məsələyə aydınlıq gətirmək məqsədilə Lexus-un Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq. Aldığımız məlumata görə, hər şey noyabrın 27-dən sonra məlum olacaq. Belə ki, lüks avtomobil brendi Lexus şəhərdə diqqəti cəlb edən və haqlı suallar doğuran “Öz yerini tut” mesajlı reklamı ilə bağlı müştərilərinə geniş açıqlama verəcək və bununla da yaranmışçağqınlığa son qoyacaq.

 

Qeyd edək ki, Lexus lüks avtomobil markası hesab olunur. 1989-cu ildə yaradılan yapon avtomobil nəhəngi hazırda dünyanın 70-dən çox ölkəsində satılır. Brendin Azərbaycandakı rəsmi dileri isə Lexus Bakıdır.  Şirkət avtomobillərin, orijinal ehtiyat hissələrinin və aksesuarların satışı ilə bağlı tam xidmət paketini, həmçinin servis, avtosığorta və kredit xidmətlərini, bütün zəmanət və post zəmanət növlərini təqdim edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar