İşdən evə gəlmisiniz və iş günündə bankınızla bağlı sizi maraqlandıran, amma vaxt
edib öyrənə bilmədiyiniz suallara cavab tapmaq üçün ən gözəl zamandır. Sadəcə,
117 xidmətini yığırsınız, nə qədər sualınız varsa, “Unibank”ın müştəri xidmətlərinin
telefonun o başında sizi dinləyən əməkdaşına ünvanlayırsınız : cari hesabınıza
pul oturubmu, siz nə qədər kredit götürə bilərsiniz, hansı depozit növünə vəsait
qoymaq istəyirsiniz, hansı pulköçürmə xidmətindən istifadə etmək istəyirsiniz və
s. Bunun üçün kifayət qədər vaxtınız da var. Çünki, artıq “Unibank”ın 117 məlumat
mərkəzi xidmət saatlarını artırıb. İndi bankın müştəri xidməti həftənin 6 günü,
səhər saat 09.00-dan axşam 22.00-dək xidmət göstərir. “Unibank” müştəriləri günün
istənilən vaxtı, ölkənin bütün ərazisindən 117 nömrəsinə zəng edərək, bankın
xidmət və məhsulları haqda məlumat ala bilirlər.
“Unibank” hazırda 35 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə
bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları şənbə günlərini də tam iş
qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından
(www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)
əldə etmək olar.
“Unibank” – hər kəsin bankı.