Avropa oyunlarına öz töhfəsini verən könüllülər mobil operatordan xüsusi bonus qazanacaqlar
“Nar Mobile” mobil operatoru Bakı-2015 Avropa oyunlarına öz töhfəsini vermək istəyən hər bir vətəndaşın bu təşəbbüsünü dəstəkləmək məqsədilə xüsusi aksiyaya start verib. Belə ki, mobil operator ilk Avropa oyunlarına könüllü olaraq qatılaraq öz töhfəsini vermək istəyən hər bir kəs üçün xüsusi hədiyyə paketi hazırlayıb. Aksiya çərçivəsində “Nar Mobile” mobil operatoruna qoşulan könüllülər pulsuz SIM kart, öz aralarında aylıq 300 dəqiqəlik danışıq, 300 SMS və 300 MB İnternet trafiki kimi bonuslar əldə edəcək, bu limit bitdikdən sonra isə dəqiqəsi cəmi 2 qəpikdən danışmaq fürsəti qazanacaqlar. Könüllülər arasında keçirilən müsabiqənin qalibləri isə əlavə hədiyyələr qazanmaq imkanına sahib olacaqlar.
Bakı-2015 Avropa oyunlarının rəsmi tərəfdaşı olan “Nar Mobile” mobil operatoru hər kəsi ümumi uğurumuza könül verməyə səsləyir.