<span style="color:red;">(R)  “Mothercare”də Uşaqların Müdafiəsi Günü ərəfəsində 20% endirim başladı
30 may 2014 10:00 (UTC +04:00)

(R) “Mothercare”də Uşaqların Müdafiəsi Günü ərəfəsində 20% endirim başladı

0

Uşaqlar öz valideynlərinin həm dərin sevgisi, həm də böyük zəhməti ilə boya-başa çatırlar. Ata-ananın bu zəhmətinə xüsusi qayğı ilə yanaşan və uşaqlar böyüyərkən daim valideynlərə kömək edən Britaniya uşaq brendi “Mothercare” bu il Azərbaycanda uşaq gününü erkən qeyd etməyə başlayır. Mayın 30-31-də və iyunun 1-də brendin Bakıdakı mağazalarında valideynləri 20% endirim gözləyir.

 

“Mothercare” markası bütün dünyada təkcə məhsullarının keyfiyyətli, təhlükəsiz, komfortlu, optimal düşünülmüş dizaynda istehsalı ilə etibar qazanmayıb: brend ana olacağı xəbərini aldıqdan, uşaq məktəb yaşına çatanadək daim valideynin yanındadır. “Mothercare” məhsulları xalis təbii materiallardan istifadəsi, körpə geyimlərindəki qayğılı tikişləri (zərif dərini incitməmək üçün üz tərəfə salınmış), dizaynların hər yaşa uyğun tərtibi kimi xüsusiyyətləri ilə fərqlənir. “Mothercare” mağazaları uşaqların zəkalı böyüməsi üçün erkən yaşlarından ağıllı oyuncaqlar seçimi də təklif edir. Hər bir situasiyada uşaqlı ailəyə lazım olan istənilən detalı – istər səyahət üçün olsun, istərsə də istirahət və ya uşaq otağı üçün – “Mothercare” mağazalarında tapmaq mümkündür. Məhz buna görə də “Mothercare” brendini seçmək valideynlər üçün əməyi doğru təşkil etmək və uşaq üçün lazım olanları axtarmağa əlavə vaxt sərf etməmək sayılır.

 

 

Qeyd edək ki, “Mothercare” brendi 1961-ci ildə Böyük Britaniyada təsis edilib. Brend analar və uşaqlar üçün lazım ola biləcək hər şeyi bir yerdə təklif etmək ideyasından yaranıb. 52 ölkədə 1000-ə yaxın  mağaza ilə “Mothercare” bu sahədə dünya lideridir. Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən “Mothercare” Bakıda 4 böyük mağaza ilə təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 924

Oxşar yazılar