Azərbaycanın gənc futbolçuları! “Mançester Yunayted” futbol klubunun ölkəmizdə ikinci dəfə təşkil etdiyi Yay Futbol Məktəbinə qeydiyyat başladı! Futbol istedadınızı göstərmək üçün bu möhtəşəm fürsəti qaçırmayın! Məktəbin ən yaxşıları “Mançester Yunayted”in bazasında məşq etmək şansı qazanacaqlar.
Yay Futbol Məktəbinə qeydiyyat seçim mərhələsindən bir gün öncə seçimin baş tutacağı şəhərdə keçirilir. Aşağıda seçimlərin keçiriləcəyi ünvanların siyahısı ilə tanış ola bilərsiniz.
Qeyd edək ki, iştirakçılar Yay Futbol Məktəbinin saytında da qeydiyyatdan keçə bilərlər. Bunun üçün http://manutd.bakcell.com/az/muss/ saytında onlayn qeydiyyat formasını doldurub çap edin, iştirak edəcək uşağın tibbi arayış və doğum haqqında şəhadətnaməsi ilə birlikdə seçimin keçiriləcəyi gün göstərilən ünvana gətirin.
Yay Futbol Məktəbinin sponsoru olan Bakcell Azərbaycan futbolunun parlaq gələcəyini bu gün istedadlı gənclərin kəşf edilməsində görür. Sən də gəl, səni də kəşf etsinlər!
|
Şəhər |
Ünvan |
Tarix |
Saat |
|
Tovuz |
Səməd Vurğun küç., 34, Tovuz şəhər stadionu |
5 may |
09:00 – 13:00 |
|
Gəncə |
Nizami Gəncəvi küç., 24, AFFA-nın süni örtüklü meydançası |
8 may |
09:00 – 13:00 |
|
Qax |
Aydın Məmmədov küç., 42, Qax şəhər stadionu |
11 may |
14:00 – 18:00 |
|
Sumqayıt |
Səməd Vurğun küç., 25, “Sumqayıt” FK-nın stadionu |
14 may |
14:00 – 18:00 |
|
Bakı |
Səbail rayonu, Salyan şosesi, 23, 20-ci sahə, “Bayıl Arena” stadionu |
18 may |
09:00 – 13:00 |