(R) “Azercell” Gəncə və Goranboyda yeni kampaniyaya başlayır: “1 Yüklə - 3 Al” kampaniyası
29 may 2014 12:04 (UTC +04:00)

(R) “Azercell” Gəncə və Goranboyda yeni kampaniyaya başlayır: “1 Yüklə - 3 Al” kampaniyası

0

Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” bolgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasını davam etdirir. Mütəmadi olaraq regionlarda yaşayan abunəçilər üçün endirmli kampaniyalar həyata keçirən şirkət 26.05 - 15.12.2014 tarixləri müddətində Gəncə və Goranboyda xüsusi kampaniyaya start verir. Belə ki, göstərilən tarixlərdə yeni və nömrəsini “Azercell” şəbəkəsinə daşıyan Fakturasız Xətt abunəçiləri üçün “Azercell” “1 Yüklə - 3 Al” kampaniyası keçirir.

 

“1 Yuklə - 3 Al” kampaniyasına qoşulmuş abunəçilər yüklədikləri hər hansı danışıq kartı məbləğinin 2 mislini bonus şəklində “Azercell”dən hədiyyə alırlar. Bonus məbləği şəbəkədaxili zənglər, ölkədaxili SMS və İnternet üçün 30 gün ərzində istifadə edilə bilər.

 

Qeyd edək ki, “Azercell Telekom” MMC müxtəlif müştəri qrupları üçün davamlı olaraq onların istəyinə uyğun aksiyalar həyata keçirməkdədir.

 

Məlumat üçün bildirək ki, bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində “Azercell” tərəfindən regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar təklif olunub. Onların arasında ən populyarı isə 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqlar üçün pulsuz, bütün istiqamətlərdə isə 5 qəpik tarifi ilə danışmağa imkan verən “Bolge” tarifidir. “Azercell” bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar və sərfəli tariflər təqdim edəcəkdir.

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

 

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan “Azercell”in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir.  2013-cü ilin sonuna “Azercell”! abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil edib. 2011-ci ildə “Azercell” 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. “Azercell” Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. “Azercell” dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 967

Oxşar yazılar