Paris/İokoqama (26 noyabr 2014cü il) - RENAULT-NİSSAN Alyansı 200 000-ci elektromobilini satdı və sıfr tullantılı avtomobillər bazarının 58%-ni qazanmışdır.
Renault və Nissan elektromobilləri, birgə səylər nəticəsində, təxminən 4 milyard kilometr məsafəni zərərli tullantılarsız qət etmişlər. Bu, 100 000 dəfə dünya kürəsini dövrə vurmaq üçün kifayətdir. Renault-Nissan elektromobilləri sayəsində 200 milyon litr yanacağa qənaət edilmişdir – bu yanacaqla 80-a yaxın olimpiya üzgücülük hovuzunu doldurmaq olar. Bundan əlavə, Alyansın elektromobilləri – bu mühərrikin işləməsi zamanı havaya buraxılmayan 450 milyon kiloqram CO2-dir.
Alyans öz 200 000-ci avtomobilini, dünyada ilk seriyalı elektromobili olan Nissan LEAF avtomobilinin buraxılmasından təxminən dörd il sonra, noyabr ayının əvvəlində satdı. Nissan LEAF indi də ən çox satılan elektromobildir.
Bu ilin yanvar ayından noyabr ayının əvvəllərinə qədər, Alyans 66 500 ədəd elektromobil satmışdır ki, bu keçən ilin həmin dövrü ərzində həyata keçirilən satışları 20% üstələyir. Dünyada satılan hər üç elektromobildən təxminən ikisi, o cümlədən Avropa və Yaponiyada satılan Twizy, Renault markalı ikinəfərlik şəhər avtomobili və Nissan e-NV200 furqonu Alyans tərəfindən istehsal olunub.
Renault-Nissan Alyansının prezidenti, baş direktor Karlos Qon bildirdi ki, Renault və Nissan elektromobilləri sıfır tullantılı avtomobillərin satışı üzrə liderdir və ən əsası budur ki, onların bütün dünya üzrə sahibləri alışdan sonra razılıqlarını ifadə edirlər. Avtomobil sahiblərinin müsbət rəylərini və enerjinin bərpa olunan mənbələrindən istifadə edən avtomobillərin populyar olmasını nəzərə alaraq, təəccüblü düyil ki, elektromobillərin satış həcmləri artır – xüsusilə də enerji ilə təchiz etmə stansiyaları infrastrukturunun yaxşı inkişaf etdiyi regionlarda.
Renault-Nissan alyansı, elektromobillərin ilk 200 000 alıcısının həmin avtomobillərdə nəyi bəyəndiklərini öyrənmək üçün üç qitənin elektromobil sahibləri haqqında video seriyasını buraxır. “Mən avtomobili dəyişdim” (I Made the Switch) serialında insanların nə üçün elektromobil almaları və bunun onların həyatına necə təsir göstərməsi haqqında danışılır. Birinci filmin qəhrəmanı Holliston şəhərində (ABŞ, Massaçusets) yaşayan proqramçı Kris Birs oldu, o öz Nissan LEAF avtomobilini günəş enerjisi ilə qidalandıran çoxsaylı insanlardan biridir. Filmə baxmaq üçün www.multivu.com/players/English/7381531-renault-nissan-electric-vehicle-sales/ istinadına müraciət edə bilərsiniz.
ABŞ və Yaponiya elektromobillərin sayına görə dünyada birinci yeri tuturlar
Birləşmiş Ştatlarda, Alyans üçün ən böyük elektromobil bazrında 750 çox surətli enerji təchizatı qurğuları fəaliyyət göstərir. Nissan 2015-ci ilin ortalarına həmin qurğuların sayının 1100 çatdırılması istiqamətində öz dillerləri və partnyorları ilə işləyir. Surətli enerji təchizatı qurğuları tamamilə boşalmış LEAF batareyasını 30 dəqiqə ərzində 80% doldura bilər.
Bu il Nissan həmçinin “No Charge to Charge” (ödənişsiz doldurulma) proqramını tətbiq etmişdir. Həmin proqram çərçivəsində yeni Nissan LEAF elektromobilini aldıqda və ya kirayələdikdə iki il ərzində seçilmiş enerji təchizatı stansiyalarından pulsuz istifadə imkanı verilir. Hal-hazırda “No Charge to Charge” proqramı ABŞ-nın 12 bazarında fəaliyyət göstərir, 2015-ci ilin ortalarında isə, Nissan həmin proqramın digər bazarlarda tətbiq olunmasını planlaşdırır.
Alyansın ikinci ən böyük elektromobil bazarı olan Yaponiyada 2 900 çox surətli enerji təchizatı qurğuları fəaliyyət göstərir. Nissan Yaponiyanın digər üç iri avtomobil istehsalçısı ilə 2015-ci ilin mart ayınadək həmin rəqəmin 6000-ə qədər artırılması istiqamətində birgə fəaliyyət barədə razılığa gəlmişdir.
Elektromobil infrastrukturu baxımından Avropada ən çox inkişaf etmiş region Böyük Britaniyadır. Hal-hazırda surətli enerji təchizatı qurğularının şəbəkələri İngiltərə avtomagistrallarının 87% təmin edir.
Nissan LEAF – dünyada ən çox satılan elektromobil; Renault oktyabr ayında Avropada liderliyi ələ keçirdib
Hazırki kommersiya təklifində altı elektromobil modelinə malik olmaqla, Renault- Nissan Alyansı 100% elektrik mühərrikə malik olan tam avtomobil qammasına malik olan yeganə avtomobil qrupudur. Onlar yalnız bərpa olunan enerji manbələri vasitəsi ilə enerji ilə təchiz oluna bilirlər.
İokoqamada (Yaponiya) yerləşən Nissan zavodu bütün dünya üzrə 2010-cu ilin dekabr ayından başlayaraq ümumilikdə 148 700 ədəd Nissan LEAF markalı avtomobilini satmışdır. Avtomobil, 2011-ci ildə Dünyanın ən yaxşı avtomobili, 2011-ci ildə Avropanın ən yaxşı avtomobili, 2011-2012 illərdə Yaponiyada ilin avtomobili mükafatları da daxil olmaqla, müxtəlif mükafatlara layiq görülmüşdür. Elektromobil alıcılarının məmnunluq səviyyəsi bütün Nissan avtomobilləri arasında birinci yerdədir.
Nissan LEAF avtomobilinin ən yüksək satış səviyyəsi ABŞ-da qeydə alınıb, orada avtomobilin buraxılması anından etibarən 67 000 avtomobil satılıb, Yaponiyada bu rəqəm 46 500, Avropada isə 31 000 avtomobil təşkil edir.
Birləşmiş Ştatlarda LEAF, elektrik və hibrid mühərrikli bütün digər avtomobilləri qabaqlayaraq, 2014-cü ilin ən çox satılan avtomobili adını qazanmağa çox yaxındır. Hal-hazırda, illik satışların faizi 35% qədər artmışdır və Nissan LEAF 21 ay dalbadal satış rekordunu qeydə almışdır ki, ilin başa çatmasına iki ay qalmış, ABŞ-da illik satışlar üzrə ona məxsus olan rekordu qırmışdır. LEAFdan başqa Nissan iyun ayında Avropada, oktyabr ayında isə Yaponiyada satışa çıxarılan e-NV200 furqonunun satışını həyata keçirir.
2011-ci ilin oktyabr ayında satışa çıxarılan ilk Renault modeli Kangoo Z.E. furqonu olmuşdur. Fransanın Bulon-Biyankur zavodu tərəfindən dünya üzrə 51 500 Kangoo Z.E. avtomobili satıldıqdan sonra, avtomobil 2012-ci ilin furqonu adına layiq görüldü. Bir müddət öncə, ölkənin korporativ parkın ən böyük operatoru olan Fransanın La Poste milli post xidməti Renault tərəfindən 5000-ci Kangoo Z.E. avtomobili təchiz edilmnişdir. Daha 5000 avtomobil yaxın illərdə tədarük ediləcək.
Kangoo Z.E. və Twizy modellərindən başqa Renault avtomobilləri xəttinə həmçinin kiçikqabaritli ZOE avtomobili və Fluence Z.E. sedanı daxildir. Cənubi Koreyada Fluence Z.E. Sm3 Z.E. kimi Renault Samsung Motor loqotipi ilə satılır. Renault elektromobilləri arasında müştərilən ən yüksək məmnunluq səviyyəsinə malik olan avtomobil ZOE-dir – 98%.
Renault elektromobillərinin ən yaxşı satışı şirkətin elektromobillərinin əsas satış bazarı olan Avropadadır – Fransa, Almaniya və Birləşmiş Krallıq. Oktyabr ayında ZOE, 31% bazar payı ilə Avropanın birinci elektromobil mövqeyini özünə qaytardı.
Renault-Nissan Alyansı haqqında
Renault-Nissan Alyansı, Renault (baş ofisi Fransanın Paris şəhərində yerləşir) və Nissan (baş ofisi Yaponiyanın İoqokama şəhərində yerləşir) arasında strateji əməkdaşlıqır. Şirkətlər birgə olaraq dünyada hər on avtomobildən birinin satıcısıdırlar. 1999-cu ildən strateji əməkdaş olan şirkətlər, 2013-cü ildə təxminən 200 ölkədə 8.3 milyon avtomobil satmışlar. Alyans, Almaniyanın Daimler, Çinin Dongfeng, Hindistanın Ashok Leyland avtomobil istehsalçıları daxil olmaqla, bir sıra avtomobil istehsalı şirkətləri ilə strateji əməkdaşlığa malikdir, həmçinin Rusiyanın ən iri avtomobil istehsalçısı olan AVTOVAZın sahibi olan birgə müəssisədə səhmlərin nəzarət paketinə malikdir.