(R) Novruz arzuları “Unibank”la reallaşır
13 mart 2015 15:25 (UTC +04:00)

(R) Novruz arzuları “Unibank”la reallaşır

0

 

 

Yaz ümidləri  artırır, Novruz bayramı isə  arzuları reallaşdırır. “Unibank” əziz bayram öncəsi qayğıya, diqqətə ən çox ehtiyacı olan uşaqları sevindirib. 268 saylı xüsusi məktəbdə təhsil alan  sağlamlıq imkanları məhdud uşaqlar bayram sevincini yaşayıblar. Hər zaman balaca dostlarının yanında olan “Unibank” bu dəfə uşaqları Dövlət Kukla teatrına aparıb. Teatrın aktyorlarının ifasında “Cik-Cik xanım” tamaşası  uşaqların çox xoşuna gəlib. Novruz bayramının əsas atributları olan  Kosa ilə Keçəl də uşaqların görüşünə gəlib. Kosa ilə Keçəlin hədiyyələri isə uşaqları daha da sevindirib. Uşaqların Novruz arzuları “Unibank”la reallaşıb.

 

“Unibank”- hər kəsin bankı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar