Tanınmış müğənni İzzət Bağırzadə “Məşhurlar AAAF Park”da rubrikasının qonağı olub. O, Yaşayış Kompleksimizdə gəzintidən sonra məmnunluğunu dilə gətirib: “Mən bu rubrikada ilk dəfədir ki, iştirak edirəm. "AAAF Park"a gələn kimi bu məkanı bütünlüklə gəzdim. Əvvəl televiziya vasitəsilə görmüşdüm, indi də buradakı şəraiti öz gözlərimlə gördüm. "AAAF Park"da olan məkanlar çox gözəldir və onları bir–birindən fərqləndirmək çox çətindir. Yaşayış Kompleksində hər şey çox mükəmməl hazırlanıb. Burada uşaqlardan tutmuş böyüklərə qədər hər kəsin rahat istirahəti təmin edilib”.
Rubrika çərçivəsində müsahibədən sonra qonağımıza "AAAF Park" adından “Sakin kartı” və 10% endirimli mənzil kuponu hədiyyə edildi.