Renault avtomobillərinin Azərbaycana rəsmi distrübütoru – “Nurgün Motors” Renault Dokker avtomobillərinin alınmasına dair yeni il aksiyasına start vermişdir. İndi geniş tutumlu kommersiya avtomobili Renault Dokker-i cəmi 13 500 manata əldə etmək olar.
Renault Dokker – öz sinifində ən böyük yük yerinə (800 l) malikdir.Avtomobilin salonunda 5 nəfərə qədər adam rahat yerləşir, avtomobilin ümumi yükqaldırma gücü isə 750 kq-a çatır. 1/3 dz 2/3 proporsiyada qatlanan arxa oturacaq, həmçinin qatlanan qabaq oturacaq iri ölçülü və uzun yükü yerləşdirməyə imkan verir.Arxa yan oturacaqlarda İSOFİX sisteminin quraşdırılması imkanı var. Renault Dokker, dünyada öz davamlılığı, etibarlılığı və uzunömürlüyü ilə tanınan B0/Logan platforması üzərində yığılıb.
Müştərilərin tələblərinə cavab verərək, Renault Dokker gündəlik səfərlərinizi daha da xoş edən ən müasir avadanlıqla təchiz olunub.
Avtomobildə ani dayanma zamanı ABS, ESP stabilləşmə sistemi, sürücü və sərnişin üçün ön və yan təhlükəsizlik yastıqları, arxa oturacaqlarda üç ədəd üç nöqtəli təhlükəzilik kəməri və yük məhdudlaşdırıcı və ön oturacaqlarda üçnöqtəli təhlükəsizlik kəmərləri var.
Renault Dokker üç komplektasiyada Base, Ambience və Lauriete komplektasiyalarında mexaniki ötürücü qutusu ilə 1,6 l (80 a.g.) benzin mühərriklə təchiz olunur.
Bu ilin avqust ayında Renault Dokker Azərbaycan avtodillerlər assosiasiyasının versiyasına əsasən, 2014-cü ilin kommersiya avtomobili seçilmişdir.
Kommersiya avtomobilləri xəttinin kütləvi yenilənməsi bir il əvvəl başlamışdır və Renault şirkətinə 2013-cü ildə 4,1% bazar payı ilə bu seqmentdə öz liderliyini möhkəmləndirməyə imkan vermişdir. İki aparıcı bölgədə - Avropa və Avromed-Afrika – bazar payı öz seqmentində müvafiq olaraq 11,9% və 13,4% təşkil etmişdir.
Renault Dokker avtomobillərinə 3 il və ya 100 000 km zəmanət şamil olunur.
Avtomobillər haqqında daha ətraflı rəsmi diler mərkəzlərindən əldə edə bilərsiniz.
“NURGÜN Motors” şirkəti Azərbaycan bazarında Renault brendinin rəsmi distribütorudur. Şirkət Renault markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur.“Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
Ünvan: Bakı, Babək prospekti, 28 D, Bakıxanov qəsəbəsi.Ş.Kamilov küç.1
Telefon : (+994 12) 447 27 21, 428 67 01,(012)934
E-mail: [email protected]
http://www.facebook.com/renaultazerbaijan