Ölkəmizdə fəaliyyət göstərən “Yapı Kredi Bank Azərbaycan” 25 iyun 2014-cü il tarixində Oracle ilə birlikdə Bankın baş ofisində yerləşən Yapı Kredi Bankçılıq Akademiyasında tədbir keçirib. Tədbirdə yaxın günlərdə uğurla başa çatan Oracle Database Vault məhsulu ilə plastik kart məlumatlarının daha təhlükəsiz hala salınması barədə məlumat verilib və tədbir iştirakçılarına bununla bağlı təcrübələr paylaşılıb.
Qeyd edək ki, Oracle Database Vault məhsulu plastik kart sisteminin daha təhlükəsiz olmasına zəmin yaradır. Bu tətbiqi etməklə, icazəsiz plastik kartları məlumatının əldə edilməsi prosesi tamamilə bağlanılıb.
“Yapı Kredi Bank Azərbaycan” ölkəmizdə 16 filial və 26 ATM-lə xidmət edir. Bankın yenilənmiş İnternet Bankçılıq xidməti ilə bank əməliyyatlarının bir çoxunu növbə gözləmədən, asan, güvənli və təhlükəsiz şəkildə həyata keçirmək mümkündür. Bank məhsulları ilə əlaqədar bütün məlumatları *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzindən əldə edə bilərsiniz.