(R) “Nar Mobile” öz yeni vizual görünüşünü təqdim etdi
07 aprel 2015 14:31 (UTC +04:00)

(R) “Nar Mobile” öz yeni vizual görünüşünü təqdim etdi

 

6 aprel tarixində, “Nar Mobile” brendi kimi tanınan “Azerfon” MMC, öz yeni yeni vizual görünüşünü və brend platformasını ictimaiyyətə təqdim etdi. Bundan sonra, Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru “Nar” kimi tanınacaq.

 

Strateji brendinq və dizayn üzrə Böyün Britaniyanın tanınmış “Landor” agentliyi tərəfindən tərtib edilmiş yeni vizual görünüş, “Nar” brendinin ictimaiyyət arasında mədəni rezonans doğuracaq yeni və açıq xarakterini  təqdim edib. Yeni loqotip, nar formasında və rəngində olmaqla, “ünsiyyət buludunun” daxilində sözdən ibarət olan “Nar” ticarət nişanını əks etdirir.

 

“Azerfon” şirkətinin baş direktoru Kent MakNili şirkətin yeni brendini şərh edərək, ona aydınlıq gətirib: “Biz daima müxtəlif tarif planlarımız və yeniliklərlə zəngin məhsullarımızı təqdim edərək müştərilərimizin ehtiyaclarının təmin olunmasına böyük diqqət yetiririk. Biz çalışırıq ki, insanlara öz sözümüzü sadə və əlçatan formada bildirək ki, onlar bizim çatdırmaq istədiyimiz fikirləri anlaya bilsinlər. Mən hesab edirəm ki, biz həmçinin reklamlarımız vasitəsilə insanların emosiyalarına toxunmağa çalışmışıq ki, reklamlarımız insanlar üçün maraqlı olaraq, onların zövqünü oxşasın. Bu gün biz növbəti addımı etməyə hazırıq. “Nar” sözünün qüdrətindən qaynaqlanan yeni “Nar Garden”(Nar Bağı) brend platformamızı təqdim etməyə son dərəcə şadıq. Belə ki, Nar meyvəsi Azərbaycan xalqının ənənələri, mədəniyyəti və mənəvi həyatında xüsusi yer tutur”.

 

Şirkətin “Y&R Moscow” kreativ agentliyi tərəfindən hazırlanmış “Nar Bağı” brend platforması, yeni brendin fəlsəfəsini mükəmməl şəkildə əks etdirən bir aləmi – istənilən ağacın əkilib-becərilə, böyüdüb-başa çatdırıla və meyvələrindən bəhrələnmək mümkün olan bağçaya bənzəyən bir məkanı təqdim edir. Brend platforması insanları “Nar” brendinin “Gəlin birlikdə böyüyək!” giriş şüarı ilə salamlayaraq, hər kəsin üzünə açıq olan bir dünyanı təqdim edir.

 

Həmçinin, qeyd etmək lazımdır ki, “Nar” brendinin ruhunu təcəssüm edən mağazanın yeni konsepsiyası, “Shopworks” beynəlxalq riteyl dizayn və araşdırma konsaltinq agentliyi tərəfindən yaradılıb.

 

Daim inkişaf edən şəbəkə, xidmətlər üzrə çox əlverişli qiymətlər, həmçinin müştərilərə göstərilən yüksək səviyyəli xidmətlər ilə “Nar” brendi müştərilərin ehtiyaclarının təmin olunması strategiyasına sadiq qalmaqda davam edir.

 

“Nar”-ın yeni loqosunu bu linkdən endirə bilərsiniz:

https://www.nar.az/pages/default/pageName=logo/  

 

 

# 637
avatar

Oxşar yazılar