Hər bir ölkənin iqtisadi çiçəklənməsinin əsas göstəricilərindən biri – həmin ölkənin artan ixracat payıdır. Artıq bir neçə gündür ki, Azərbaycan ixracatı “Min bərəkət, halal nemət” brendi adı altında tanınan ət və ət məhsulları ilə Gürcüstan bazarında təmsil olunur. Bu haqda Lent.az-a məlumat verən şirkətin direktoru Fəxrəddin Bəşirov bildirib ki, Gürcüstan ərazisində yaşayan müsəlman əhalini düşünərək bu addımı atıblar: “Gürcüstan əhalisinin rəsmən 6,5%-ni etnik azərbaycanlıların təşkil etdiyini nəzərə alsaq, halal nemətlərə nə qədər əhalinin ehtiyacı olduğunu anlamış olarıq. İnanırıq ki, şirkətimiz öz inkişaf yolunda bundan sonra da uğurla addımlayacaqdır, belə ki, yaxın gələcəkdə Özbəkistan, Türkmənistan, Qazaxıstan, eləcə də Rusiya qida bazarlarına da çıxmağı planlaşdırırıq.”
Qeyd olunmalıdır ki, “Min bərəkət, halal nemət” halallıq sertifikasiyalı şirkətlərdən biridir.
2013-cü ildən isə, İSO 22000:2005 standart nişanlı Avstriyada verilən beynəlxalq prestijli TÜV idarəetmə sertifikatını əldə edib.
Sertifikat özündə ət və ət məhsullarından başqa, süd və süd məhsulları istehsalını da nəzərdə tutur.
Daha bir məqamı da nəzərlərinizə çatdıraq: zavodda İSO 17025 standart nişanlı, dövlət akkreditasiyalı(AZ 031/11.1/03.0323.01.12) laboratoriya fəaliyyət göstərir.
(R) “Min bərəkət, halal nemət”in ət və ət məhsulları ilə Gürcüstan bazarında təmsil olunur
0
0
0
0