“Gələcəyini qur!” gənclərə dəstək layihəsi Azərbaycanda Amerika Ticarət
Palatasının (“AmCham”) təşkil etdiyi “CSR Excellence Award” tədbirində
“Təhsil sahəsində ən yaxşı layihə” kateqoriyası üzrə üçüncü yerə layiq
görüldü. Ümumilikdə isə 9 kateqoriya üzrə ən yaxşı layihə nominasiyasına
ölkədəki qabaqcıl şirkətlərin sosial-korporativ məsuliyyət çərçivəsində
həyata keçirdikləri 17 layihə irəli sürülmüşdü.
“Gələcəyini qur!” gənclərə dəstək layihəsi ölkənin ən yaxşı ali təhsil
müəssisələrində aztəminatlı ailələrdən olan bilikli və bacarıqlı şagirdlərin
təhsil almalarına şəraitin yaradılması prosesini dəstəkləmək və bu prosesə
töhfə vermək üçün nəzərdə tutulmuşdur. Bu layihədə iştirak etmək hüququ
qazanan orta məktəb şagirdləri gələcəkdə ölkənin ali təhsil müəssisələrinə
ödənişsiz təhsil proqramı üzrə qəbul olunmaq üçün öz bilik və bacarıqlarının
səviyyəsini yüksəltmək məqsədi ilə il ərzində xüsusi hazırlıq kurslarında
ödənişsiz təhsil alırlar. Artıq bu il “Gələcəyini qur!” layihəsi sayəsində
50 şagird ölkənin ali təhsil müəssisələrinə sənəd verəcək.
Layihənin sponsoru “ITECA Caspian” şirkətidir. Layihə barədə daha ətraflı
məlumat üçün www.geleceyiniqur.az veb-saytına daxil ola bilərsiniz.
(R) “Gələcəyini qur!” gənclərə dəstək layihəsi üçüncü yeri tutdu
0
0
0
0