(R) “Expressbank” “Qış Möcüzəsi” aksiyasını təqdim edir
22 dekabr 2014 10:21 (UTC +04:00)

(R) “Expressbank” “Qış Möcüzəsi” aksiyasını təqdim edir

0

 

“Expressbank” bank kartlar üzrə Visa ilə birgə “Qış Möcüzəsi” aksiyasını təqdim edir. Aksiya 20 mart 2015-ci il tarixinədək davam edəcək.

 

Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biləcəklər.

 

Qeyd edək ki, müştərilər Visa Electron kartını 6 AZN, Visa Classic kartını isə 8 AZN-ə əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold, 800 AZN ilkin mədaxillə isə Visa Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

 

“Expressbank” geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği “Expressbank” bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 140-dək ExpressPay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 579

Oxşar yazılar