Şirkət yeni şüarını və brend filmini təqdim edir
Yarandığı gündən bəri dəfələrlə cəmiyyətimizdə müxtəlif maraqlı konsepsiyalarla çıxış edən Azərbaycanın lider mobil operatoru “Azercell” Telekom bu günlərdə daha bir maraqlı layihə həyata keçirib. Belə ki, şirkət “Azercell ilə həyat daha gözəldir” şüarı altında qısametrajlı filmi ekranlaşdırıb. Müştəri yönümlü yanaşma və ünsiyyət ideyası ətrafında qurulan filmin rejissoru portuqaliyalı Paulo Aresdir. Film Azərbaycanın müxtəlif bölgələrində yaşayan, çalışan və oxuyan, lakin “Azercell”in vasitəsilə öz ailələri ilə sıx ünsiyyətdə olmaq imkanı qazanan müxtəlif insanlardan bəhs edir. Film sevgini, duyğuları, kədər və xoşbəxtliyi özündə ehtiva edən 1 dəqiqə 58 saniyəlik bir epik əsərdir. Bu dəniz sahilində yaşayan qocaman balıqçı ilə şəhərdə yaşayan musiqiçi oğlu; dünyaya yenicə uşaq gətirmiş xanımla yüzlərlə kilometr aralı, dənizdə neft qurğusunda çalışan həyat yoldaşı; şəhərdə təhsil alan nəvənin ucqar kənddə yaşayan nənəsi; çay istehsalı məşğul olan ananın taksi sürücüsü işləyən oğlu və həmçinin, iş adamının sevdiyi xanım arasında olan əlaqələrini və bağlılığını göstərən həyəcanlı bir həyat yolunu bizimlə bölüşən filmdir.
Çəkilişlər 7 gün davam edib və Bakı şəhərinin mərkəzi və ətrafında, eləcə də Lənkəran rayonundakı çay plantasiyalarına qədər uzanan müxtəlif məkanlarda baş verib. Bir maraqlı fakt isə ondan ibarətdir ki, filmdə çəkilən bütün insanlar real personajlardır. Filmdə görkəmli Azərbaycan bəstəkarı Polad Bülbüloğlu tərəfindən bəslənən məşhur "Gəl, ey səhər" mahnısı yenidən işlənmiş versiyada istifadə olunub. Bu çarxda şirkət, həmçinin, özünün yeni “Azercell ilə həyat daha gözəldir” şüarını da təqdim edib.
Beləliklə, “Azercell”in yeni şüarı və ekranlaşdırılan bu film şirkətin öz müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmət göstərmək əzmində olmasını, daim müştəri yönümlü yanaşmaya üstünlük verməsini və məhz bu keyfiyyətlərə görə, ölkənin mobil rabitə bazarında lider mövqe qazanmasını bir daha göstərir.
Sizi də “Azercell”in yeni filmini izləməyə dəvət edirik:
https://www.youtube.com/watch?v=h2J2C8zz5Xc&feature=youtu.be
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.