Azərbaycan tibbinin daha bir uğuru
25 oktyabr 2016 08:59 (UTC +04:00)

Azərbaycan tibbinin daha bir uğuru

0

 

Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, tibb üzrə fəlsəfə doktoru, cərrah –uroloq  Rəşad ŞOLAN tərəfindən yeni bir metodla cərrahi əməliyyat aparılıb . Belə ki, 57 yaşlı kişi pasiyentə bir göbək dəliyindən girilərək laparoskopik əməliyyat aparılıb . Böyrəyin kistik törəməsindən əziyyət çəkən 57 yaşlı Firdovsi Yusifkənan üzərində aparılan 39 dəqiqəlik əməliyyatla törəmə göbəkdə açılan 1-2 sm-lik dəlikdən çıxarılıb. Xəstə ertəsi gün evə buraxılıb.

 

Əməliyyatı icra edən tanınmış cərrah Rəşad ŞOLAN əməliyyatla bağlı bunları deyib: “Həyata keçirdiyimiz bu əməliyyat tibbin ən son yeniliklərindən sayılır. Belə ki, göbəkdən 1 dəlik açaraq xüsusi laparoskopik alətlərlə  qarın boşluğuna girilir və əməliyyat icra edilir. Tibb elmində buna – “tək port laparoskopik cərrahiyyə (single port laparoscopic surgery)” deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 944

Oxşar yazılar