<span style="color:red;">“Çöldə yaşam öyüdləri”  - Danışır Elxan Cəfərov - <span style="color:red;">VİDEO
31 mart 2018 19:21 (UTC +04:00)

“Çöldə yaşam öyüdləri” - Danışır Elxan Cəfərov - VİDEO

0
 
Yaradıcı yönətmən: Eltən Qədimbəyli
Yönətmən: Şamil Muradov
 
Çoxumuz elə uşaq yaşlarından onun çəkildiyi filmlərdən öyrəndik xeyir əməl sahibi olmağı da, heyvanları sevməyi də. O, bu gün Azərbaycan kinematoqrafiyasında öz imzası olan tanınan rejissordu. Azərbaycanın kino aktyoru və rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərovun uşaqlıqdan duyduğu və bu gün həyatının önəmli kəlamına çevirdiyi öyüd nə olub görən? Şəhərdən, adət etdiyi beton çəngəlliklərdən kənarda “Çöldə yaşam öyüdləri” verilişində Respublikanın tanınan incəsənət xadiminin ilk xatırladığı elə bu öyüd oldu. O, verilişin müəllifi və aparıcısı Eltən Qədimbəyli ilə “Çölçü Obası”nda etdiyi səmimi söhbət zamanı özünün həyata baxışını açıqlayıb.
 “Çöldə yaşam öyüdləri”  verilişinin izləyiciləri verilişi izlədikdə biləcəklər ki, Elxan Cəfərov üçün tarixdə iz qoymaq əslində nədir?  Bəs azərbaycanlı kino aktyor və rejissor üçün həyatında dəyərli və vazkeçilməzləri sandığı nələr var?  
“Çöldə yaşam öyüdləri” verilişinin aparıcısının “Çölçü Bilgə deyir ki, zirvədəkilər nərdivanı özlərindən sonrakılara vermək əvəzinə onlara nərdivan düzəltəməyi öyrətsələr hər kəs üçün yaxşı olar. Tanınmış aktyor, rejissor Elxan Cəfərov, öz övladlarına daha çox nərdivan verir, yoxsa nərdivan düzəltməyi öyrədir?” sualı verilişin izləyicilərinə Elxan Cəfərovu daha yaxından tanımaq imkanı verəcək. Elxan Cəfərov uğur açarının sirrni və onun daxilən daim təlabat duyduğu ən önəmli ehtiyacının nə olduğunu da ilk dəfə “Çöldə yaşam öyüdləri”ndə bölüşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 535

Oxşar yazılar