"APA Holding"-in "Foto şöbəsi" "Bakıdan mənzərələr" layihəsini davam etdirir.
Layihənin məqsədi Bakı kəndlərini, ümumiyyətlə, Bakının tarixi məkanlarını oxucularla yaxından tanış etməkdir. Ötən dəfə Əmircan kəndindən hazırlanan foto-reportaj təqdim olunmuşdu.
Bu dəfə isə Babakının Balaxanı kəndi ilə tanışlıq olacaq.
Lent.az həmin fotoları təqdim edir:
Balaxanı kəndi haqqında ümumi məlumat
Ümumi sahəsi -19 kv-m
Əhalisi -14123 nəfər
Əhalinin əsas məğuliyyəti –quşçuluq və ticarət
Tarixi abidələri
- HACI Şəlalə abidəsi -1385-ci ildə usta Arif tərəfindən inşa edilib
- Şakirağa türbəsi -1427-ci ildə tikilib
- Ovdan - Şirvanşah əmiri Xaçə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilmiş ovdan
- 1636-cı ildə tikilmiş Haca Ruhulla tikilisi, yerli sakinlərin Şah Səfi karvansarayı
- 1385 ci il Hacı Şəhla məscidi
Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: "bala" – yuxarı, hündür, "xana" – ev deməkdir. XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilməyə başlamışdır. 1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır. Quyudan neft çox sürətlə çıxmış və üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərmişdir.
Baxımsız vəziyyətdə olan Sərdabə
1385 ci ildə tikilmiş Hacı Şəhla məscidi
1385 ci il Hacı Şəhla məscidi
Hacı Şəhla məscidi. İkinci çəlişdə dağıntidan sonra
Hacı Şəlalə Abidəsi -1385-ci ildə usta Arif tərəfindən inşa edilib



































